"Mən həmin müəllimin izahatını oxumuşam. Həqiqətən oğlan şagirdin saçı uzundursa, qıza oxşatması mümkündür".
Bizim.Media-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev saçı uzun olduğu üçün oğlan şagirdi qız adlandıran müəllimlə bağlı məsələyə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Oğlanı şagirdlərə “qız” kimi təqdim edən müəllim CƏZALANDI
Nazir həmin müəllimin bilərəkdən pis hərəkət etdiyinə inanmadığını bildirib.
"Amma buna görə müəllimin sərt şəkildə cəzalandırılmasını qəbul etmirəm. Belə bir məsələlərdə həmkarımın yanındayam. Amma inanmıram ki, bilərəkdən belə bir şey edər", - deyə Emin Əmrullayev vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media