Emin Əmrullayev:

Emin Əmrullayev: "Bəzi problemlər var ki, onların həlli yoxdur"

Hazırda oxunan: Emin Əmrullayev: "Bəzi problemlər var ki, onların həlli yoxdur"

51686

"Təhsil sistemi müəyyən səbəblərdən çox mərkəzləşmiş şəkildə fəaliyyət göstərir".

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının müvafiq sərəncamı ilə əlaqədər keçirdiyi brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Rayon təhsil şöbələri ləğv edilməyib" – NAZİR


Onun sözlərinə görə, regional təhsil idarələrin yaradılması yerlərdə gündəlik problemlərin daha operativ həllinə gətirib çıxaracaq.

"Məsələn, bir müəllim dərs saatından narazıdırsa, birbaşa Təhsil Nazirliyinə müraciət edir. Problemlərin operativ şəkildə həlli baxımından bu bölgü olduqca vacibdir. Yerlərdə xidmətin keyfiyyətinin artırılmasının tərəfdarıyıq.

Eyni zamanda da vətəndaşlardan müraciətin müvafiq bir şəkildə edilməsini istəyirik.

Bəzən vətəndaşlar şikayətlərini düzgün formada çatdırmadığı üçün həmin problemin həlli uzun müddət çəkir. Amma şikayət konkret şəkildə verilsə, biz daha operativ qaydada həll edə bilərik. Əlbəttə ki, bəzi problemlər var ki, onların həlli yoxdur. Məsələn, əgər vətəndaş tədris aldığı dili bilmir və diplomunun tanımmasını istəyirsə, bu, mümkün deyil", - deyə nazir əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO