"Regional təhsil idarələri iqtisadi rayonlar üzrə yaradılacaq".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının müvafiq sərəncamı ilə əlaqədər keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə regional təhsil müəssisələrinin yaradılması böyük dəyişiklikdir və bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir:
MÖVZU İLƏ BAĞLI:
Təhsil naziri brifinq keçirir - CANLI YAYIM
"Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun və yerlərdə vətəndaşlara daha yaxından xidmət etsin. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".
Alçina Amilqızı, Bizim.Media