"Ölkə üzrə 1825 dövlət əsaslı məktəbəqədər təhsil müəssisəsi var. Burada 126 900 uşaq oxuyur. 133 isə özəl uşaq bağçaları var ki, o müəssisələrdə 5024 uşaq oxuyur".
Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev ölkə başçısının müvafiq sərəncamı ilə əlaqədər keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil naziri brifinq keçirir - CANLI YAYIM
Onun sözlərinə görə, təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsi çox vacibdir:
"Azərbaycanda məktəbəqədər təhsillə bağlı ciddi uğurlar əldə olunub. Qarşıda duran əsas məqsəd ilk növbədə texniki məsələdir. Digər komponent isə qayğı məsələsidir".
Alçina Amilqızı, Bizim.Media