Xırdalandakı bu məktəbdə dərslər DAYANDIRILDI – ÖZƏL

Xırdalandakı bu məktəbdə dərslər DAYANDIRILDI – ÖZƏL

Hazırda oxunan: Xırdalandakı bu məktəbdə dərslər DAYANDIRILDI – ÖZƏL

51590

Bu gün Xırdalan şəhər 10 saylı tam orta məktəbdə ikinci növbə üçün dərslər dayandırılıb. 

Bizim.Media-ya bu barədə bir neçə valideyn şikayətlənib.

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyinin strukturunda DƏYİŞİKLİK: Regional Təhsil İdarələri yaradıldı - SİYAHI


Dediklərinə görə ikinci növbədə oxuyan ovladlarına bildirilib ki, məktəb dezinfeksiya edildiyi üçün dərsə gəlməsinlər.

Bu isə valideynlərin ciddi etirazına səbəb olub. Onlar məktəbdə dezinfeksiya tədbirlərinin şənbə-bazar günləri, yaxud həmin gün üçün tədrisin onlayn formada aparılmasını tələb ediblər.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat katibi Aysel Tahirova səbəbi belə izah edib:

“Gigiyena və Epidemiologiya Mərkəzi iş qrafiki ilə əlaqədar olaraq Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə dezinfeksiya işlərini bu gün saat 15:00 radələrində həyata keçirib. Buraxılan dərs proqramlarının mənimsənilməsi əlavə dərslər hesabına təmin ediləcək”, - deyə açıqlamada qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO