Mediaya ekstrasens və münəccimlər haqqında yazmaq qadağan edilir? - AÇIQLAMA

Mediaya ekstrasens və münəccimlər haqqında yazmaq qadağan edilir? - AÇIQLAMA

Hazırda oxunan: Mediaya ekstrasens və münəccimlər haqqında yazmaq qadağan edilir? - AÇIQLAMA

51578

“Tərəflər arasında qurulan işgüzar münasibətlərin hüquqi əsası olmalıdır. Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistə əsas davamlı və gəlirinin əsas hissəsini bu yolla təmin edən şəxsə onu şamil edir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında "Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi bildirib.

MÖVZU İLƏ BAĞLI:

İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR

Millət vəkili yeni qanun layihəsi haqqında sual doğuran bəzi məqamlara aydınlıq gətirib:

O bildirib ki, heç bir müqavilə bağlamadan yazılarını öz veb-saytında yayımlayan şəxs artıq media subyektidir və onunla münasibətlər onun əsasında qurulacaq.

Parapsixologiya, mövhumatçılıq və digər xurafatların təbliğinə yola verilməmə müddəasına gəlincə, bu, ekstrasens və münəccimlərə qarşıdır. Sözügedən maddə informasiya verməyi deyil, onların təbliğ olunmasının yolverilməzliyini nəzərdə tutur. Avropa Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndə mənəviyyatın və sağlamlığım mühafizəsi üçün müəyyən məhdudiyyətləri tanıyır.

Zahid Oruc qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinin yolverilməz olduğu barədə maddənin medianı cəzalandırımaq üçün müəyyənləşdiyini deyib.

"Bu maddə birbaşa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təqsirsizlik prezumpsiyasının tələbidir. Qanun layihəsi heç bir halda cəzalandırıcı normanı özündə ehtiva etmir", - deyə deputat vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO