Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Oruc Maşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.
Qeyd edək ki, hadisə bu il avqustun 4-də Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il Oruc Maşayev qonşusu Gülbala Əmirovu münaqişə zəminində bıçaqlayıb. O.Maşayev qonşusuna 3 bıçaq zərbəsi endirib.
Daha sonra o, tutularaq istintaqa təhvil verilib.
Bizim.Media