“Minlərlə şagird Təhsil İnstitutunun hazırladığı dərslikləri oxuyur

“Minlərlə şagird Təhsil İnstitutunun hazırladığı dərslikləri oxuyur" - Rüfət Əzizov

Hazırda oxunan: “Minlərlə şagird Təhsil İnstitutunun hazırladığı dərslikləri oxuyur" - Rüfət Əzizov

51539

"Bu gün ölkədə minlərlə şagird Təhsil İnstitutunun hazırladığı ehtiyat dərslikləri oxuyur".

Bizim.Media xəbər verir ki, bunu institutun direktoru Rüfət Əzizov deyib.

MÖVZU İLƏ BAĞLI:

Təhsil İnstitutunun 90 illik yubileyi qeyd olunur - FOTO


Onun sözlərinə görə, müəllimlər də həmin dərsliklərlə bağlı fikirlərini bildirir:

"Bütün bunlar işin miqyasına təsir edir. Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb. Olimpiadalara əlçatanlığın olması ilə bağlı institutun fəaliyyəti müsbətdir".

Direktor bildirib ki, institut gələcəkdə özünün elm və innovasiya yönümlü potensialını daha da artırmalıdır:

"Təhsilin bütün pillələrində müxtəlif tərəflərlə tədqiqat və təlimatlar bölüşdürülməlidir. Həmin tədqiqatlardan irəli gələn pilot layihələrin hədəfi tədricən təhsil sisteminə daxil olmalıdır. Təhsil ictimai prosesdir və tərəflər arasında müzakirələr aparılmalıdır".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO