Helikopter qəzasında sağ qalanlar Əli Əliyevi məhkəməyə verdi - VİDEO

Helikopter qəzasında sağ qalanlar Əli Əliyevi məhkəməyə verdi - VİDEO

Hazırda oxunan: Helikopter qəzasında sağ qalanlar Əli Əliyevi məhkəməyə verdi - VİDEO

51536

Noyabrın 30-da qəzaya düşən helikopterdən sağ xilas olan iki hərbçi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Ə.Əliyev özü məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Xızıda hərbi helikopterin qəzaya uğramasının səbəbləri açıqlanır - BRİFİNQ - CANLI YAYIM


“Emil Cəfərov iddia ərizəsində qeyd edib ki, guya mən “Osmanqızı Tv”də dekabrın 9-da çıxışı zamanı onlar barəsində yalan məlumat yaymışam. Buna görə də mənim Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməyimi istəyib. Hazırda iş Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır”, - deyə VİP sədri qeyd edib. 

Əli Əliyev əlavə edib ki, onunla bağlı oxşar daha bir iddia var. Bu işə isə Yasamal rayon məhkəməsində hakim Rauf Daşdəmirov baxır:

“Bu barədə rəsmi məlumatlandırılmasam da, ehtimal edirəm ki, bu da qəzadan sağ qalan digər əməkdaş Ramin Ədilovdur”. 

Xatırladaq ki, Əli Əliyev sözügedən müsahibəsində helikopterdə olan digər şəxslərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib. Tərəflər də buna görə VİP sədrini məhkəməyə veriblər. 

Qeyd edək ki, ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14 nəfəri şəhid olub, iki nəfər isə yaralanıb. 

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO