Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri bu gün keçirilən Milli Məclisin plenar iclasında Turizm haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Deputatdan TƏKLİF - Səhiyyə nazirliyi ləğv olunsun
O bildirib ki, bunun üçün xüsusi yerlər ayrılmalıdır.
“Rusiyada kazinolar 4 əyalətdə çalışırlar. Bizdə də azad olunmuş torpaqlarda, məsələn Zəngəzur və Qarabağda kazinolar yaratmaq olar. Bundan başqa, Nargin adası Bakıdan 10 kilometr aralıdadır. Qalıb istifadəsiz. Düşünürəm ki, xarici infestorlar cəlb etməklə bu məsələni həll etmək olar”, - deyə o qeyd edib.
Daha sonra deputat turizm sahəsində əl yandıran xidmət qiymətlərindən də danışıb.
“Bölgələrə gedirsən, qiymətlər əl yandırır. Belə halda biz necə xaricdən turistlər cəlb edə bilərik. Bu gedişlə biz ancaq daxili turizm ilə kifayətlənməli olacağıq”.
Vüsalə Balayeva, Bizim.Media