“300-dən artıq dərslik var və on minlərlə səhifədə hərf səhvinin olması qaçılmazdır. Bundan sonra da hərf səhvləri olacaq. Lakin bu əsas problem deyil. Əsas problem istənilən fənnin tədrisi ilə bağlı tədqiqatların həmin dərsliklərdə aparılmasıdır. Bu baxımdan ehtiyat dərslikləri uğurlu hesab edirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi ilə əlaqədar “Təhsil İnstitutu - 90” adlı vebinarlarda deyib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil İnstitutunun 90 illik yubileyi qeyd olunur - FOTO
Nazir qeyd edib ki, dərsliklərin yazılmasına çox tərəfli mütəxəssislər cəlb olunub və fərqli dərsliklər yaradılıb. Lakin bu islahatlar yarımçıqdır:
“Dərslikdə hər şey qeyd olunub. Amma nə yazılmasından asılı olmayaraq Azərbaycan müəllimi yenə də öz bildiyini və yaxud özünün rahat hesab etdiyi mövzunu şagirdə keçir. Ona görə də dərsliklərdə nəyi nə qədər dəyişə bilmişik sualı vacibdir. Bu tip sualların müzakirəsinə ciddi ehtiyac var. Ona görə də bu sahədə bütün resursları birləşdirib yaxşı və keyfiyyətli dərslik ortaya qoya bilərik. Bu asan məsələ deyil”.
Nazir onu əlavə edib ki, Azərbaycan sinfində dərs vaxtı həmin dərslikdə olan məzmunun necə keçilməsi da maraqlı mövzudur:
“Sinif otağında müəllimin davranışı, münasibəti əsas amildir. Qayda və təlimatlara uyğun tədrisin təşkili vacibdir bu sahədə hələ görüləsi çox işlər var".
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:39 / 20.12.2021
“300-dən artıq dərslikdə on minlərlə hərf səhvi qaçılmazdır” – TƏHSİL NAZİRİ
Hazırda oxunan: “300-dən artıq dərslikdə on minlərlə hərf səhvi qaçılmazdır” – TƏHSİL NAZİRİ
Hazırda oxunan: “300-dən artıq dərslikdə on minlərlə hərf səhvi qaçılmazdır” – TƏHSİL NAZİRİ
51528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.