Razi Nurullayevin Fazil Ağamalı ilə “ritorika” söhbəti – “Bunu deməyin tonu var …”

Razi Nurullayevin Fazil Ağamalı ilə “ritorika” söhbəti – “Bunu deməyin tonu var …”

Hazırda oxunan: Razi Nurullayevin Fazil Ağamalı ilə “ritorika” söhbəti – “Bunu deməyin tonu var …”

0:00
0:00
51526

"Fəzail Ağamalının ritorikası xoşuma gəlmədi. Ona çox böyük hörmətim var amma parlamentə gələn sənədlərin hamısı prezidentin imzası ilə daxil olur".

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev həmkarının onun qanun layihəsinə etirazı ilə bağlı münasibətinə cavab olaraq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalıdan Razi Nurullayevə ETİRAZ – “Görülən işlərə kölgə salmaq olmaz”


"Biz demokratik ölkədə yaşayırıq və fikir müxtəlifliyi ola bilər. Prezident biz bu layihələri müzakirə edək deyə Milli Məclisə göndərir, bütün sənədlər müzakirəsiz qəbul edilə bilməz.

Fəzail Ağamalı sanki bunu demək istəyir. Məsələlərə daha dözümlü yanaşmaq lazımdır. Mənə irad tuta bilərsiniz, lakin bunu deməyin tonu var. Millət vəkilləri bir-birinə nəyi necə danışmağın lazım olduğunu demək ritorikasından əl çəksələr yaxşı olar. Hesab edirəm ki, hər bir deputat hər bir komitənin məsələsinə münasibət bildirə bilər. Əgər hansısa məsələdən başım çıxmasa komitə rəhbərliyinə müraciət edib, aydınlıq gətirilməsini xahiş edə bilərəm. Bütün bunlara rəğmən, fərqli fikirlərə hörmətlə yanaşmaq lazımdır".

Qeyd edək ki, deputat Razi Nurullayev Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə etiraz edib, millət vəkili Fəzail Ağamalı isə etirazı düzgün hesab etməyib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO