Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Buraxılış ili 2000-ci ildən 2007-ci ilə qədər olan 9 avtonəqliyyat vasitəsi çıxarılacaq. Minik maşınlarının qiyməti 1762 manatdan 9582 manata qədər dəyişir. Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə noyabrın 14-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.