Fərid Qayıbov İsmayıllı rayonunda şəhid ailələri və qazilərlə görüşdü - FOTO

Fərid Qayıbov İsmayıllı rayonunda şəhid ailələri və qazilərlə görüşdü - FOTO

Hazırda oxunan: Fərid Qayıbov İsmayıllı rayonunda şəhid ailələri və qazilərlə görüşdü - FOTO

51407

Dekabrın 17-də gənclər və idman naziri Fərid Qayıbov İsmayıllı rayonunda səfərdə olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı nazirliyin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, nazir səfər çərçivəsində şəhid Famil Əhmədzadənin xatirəsinə həsr olunmuş “Regional Azərbaycan Kuboku”nun final mərhələsində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Qayıbov bölgələrdə idman komplekslərini yoxladı - VİDEO


Şəhid ailələləri və qazilərlə səmimi söhbət edib. Onların qayğıları ilə maraqlanıb. Şəhid ailələri və qazilərlə xatirə fotosu çəkdirib. 

Daha sonra İsmayıllı Olimpiya İdman kompleksinin fəaliyyəti ilə tanış olub.  Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.

Tanışlıq  zamanı idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanlarını müzakirə edilib.
 

Nazir kompleksdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.


Görüşdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO