MİR TV-nin reportajına Tarix İnstitutunun cavabı:

MİR TV-nin reportajına Tarix İnstitutunun cavabı: "İrəvanda tapılan abidələr ermənilərə aid deyil" - VİDEO

Hazırda oxunan: MİR TV-nin reportajına Tarix İnstitutunun cavabı: "İrəvanda tapılan abidələr ermənilərə aid deyil" - VİDEO

51260

Rusiyanın "MİR" telekanalının Ermənistan bürosu bir reportaj hazırlayıb. Sujet bugünlərdə İrəvanda qazma işləri zamanı üzə çıxan tarixi tapıntı ilə əlaqədardır. 

Bizim.Media xəbər verir ki, ermənilər yenə Azərbaycanın qədim şəhərini özlərinə aid etməyə çalışıb. Amma sadaladıqları faktlarla özlərini gülüş hədəfinə çeviriblər:

Reportajda deyilir:

• 600 il əvvələ aid daş, gil qırıntıları tapılıb

• Kərpicdən olan divar XVII əsrə aiddir

• XIX əsrə aid metal əşyalar

• XV-XVII əsrdə populyar olan ərəbcə yazılı müştük
 

MÖVZU İLƏ BAĞLI:

“6 min il yaşı var” - Azərbaycanda tarixi tapıntı - FOTO


1. 600 il öncə İrəvan ərazisi Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi, təsir dairəsi olub. Yəni o dövrdə ermənilər özləri üçün ən yaxşı halda Bolqarıstan, ardınca Anadoluda yaşaya bilərdilər. Yaxud Suriyada.

2. Kərpicdən olan divarın XVII əsrə aid olunması tapıntının Səfəvilər dövlətinə aid olduğu deməkdir. 

3. XIX əsrə aid metal əşyalar isə mübahisə predmetidir. Çünki misgərlik Azərbaycanın qədim sənət növlərindəndir. Amma 1728-dən sonrakı Çar Rusiya işğalı və Qərbi Azərbaycana xristian əhali köçürtməsinə görə metal əşyalarda rus-erməni izləri də tapıla bilər. Hər halda daşnaklar hər şeyə bir xaç çəkə bilirlər.

4. XV-XVII əsrlərə aid olduğu ehtimal olunan ərəbcə yazılı müştük isə Ağqoyunlu, Qaraqoyunlu, Osmanlı və Səfəvi dövlətlərinə aid oluna bilər.

İndi isə İrəvanla bağlı Tarix İnstitutunun məlumatını təqdim edirik:

XVI əsr qaynaqları görə isə İrəvan şəhərinin adı Şah İsmayılın (1501-1524) sərkərdələrindən birinin – Rəvanqulu xanın adı ilə bağlanılır. Belə ki, şahın əmri ilə onun adamları burada qala tikmişlər. Bu fikiri isə əslində İrəvan şəhərinə deyil, İrəvan qalasının salınmasına aid etmək olar.
 

XIX əsr rus müəllifləri isə İrəvan toponimini həm ermənilərin qondarma «Nuh əfsanəsi» ilə bağlı yerevum «görünən», həm də tatarların (Azərbaycan türkləri – red.) «teçet» axan, rəvan mənasında işlətdiyini qeyd edir. Lakin, bu fikirlərin heç biri elmi əsasa söykənmir.


“İr” toponiminin erməni dilində izahı yoxdur. “İr (Yer)” qədim türk sözü olub «yerin  günəşə baxan üzü»nə deyilir. Bəzi tədqiqatçıların fikrincə İrəvan toponimi türk dillərində İr «dağın gün düşən tərəfi», «dalğavari dağ zirvəsi» və farsca van «yer» sözlərindən ibarətdir.

“İrəvan” toponiminin qədim türk teonimlərdən törənən etnik adlar sırasına daxil edilməsi və onun qədim türklərin İr (Yer) Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür.

İrəvan şəhərinin bütün tarixi dövr ərzində Azərbaycan türklərinə  məxsus olmasını dövrün qaynaqları təsdiq edir. Hələ XVI əsrdə Osmanlı yürüşləri zamanı Sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini «Azərbaycan mülkünün gözü» adlandırıb.

İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn XVII əsr fransız səyyahı Şarden İrəvanda olarkən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir. Səyyahın məlumatına görə «….İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar». 

1918-ci il mayın 28-də yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, bir gün sonra böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getməyə məcbur edildi. Ermənilər bu güzəşt müqabilində yerinə yetirməli olduqları şərtlərin heç birinə əməl etmədilər.

Şərtlərə əsasən:

- Həmin torpaqlarda azərbaycanlıların yaşamağa davam etməsi təmin edilməli,

- Şaumyanın başçılığı altında həyata keçirilən soyqırıma son qoyulmalı,

- Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli,

- Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməli idi...

Nəticə etibari ilə qədim Azərbaycan şəhəri İrəvan bu qondarma dövlətin paytaxtına çevrildi.

Videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO