Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media xəbər verir ki, verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Masallı sakinində qanunsuz odlu silah aşkarlandı
Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.
Bizim.Media