Bu gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Tədbirdə bir sıra media qurumlarının, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasda “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.
MÖVZU İLƏ BAĞLI:
“Media haqqında” qanun layihəsi plenar iclasa göndərildi - MİLLİ MƏCLİS - YENİLƏNİB
Müzakirələrə qoşulan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və sosial şəbəkələrə aid müddəalar yer almayıb.
"Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir", - Z.Oruc bildirib.
Bizim.Media