İnsan psixologiyası haqqında – 37 DƏHŞƏTLİ FAKT

İnsan psixologiyası haqqında – 37 DƏHŞƏTLİ FAKT

Hazırda oxunan: İnsan psixologiyası haqqında – 37 DƏHŞƏTLİ FAKT

0:00
0:00
51195

Müasir dünya özünüdərklə bağlı ədəbiyyatla zəngindir. Amma elə maraqlı faktlar var ki, bundan çox adam xəbərdar deyil.

Bizim.Media oxucuların özləri üçün müəyyən sualları çözməsi üçün faktları toplayıb:

1. İnsan nə qədər ağıllı olursa, öz inandıqlarında bir o qədər əmin olur.

2. Əgər bir insanla ünsiyyətdən sonra neqativ nəsə duyursunuzsa, bilin ki, o, toksik fərddir.

3. İmza insan barədə çox suala cavab verir. Məsələn imzası böyük olanlarıln özünü qiymətləndirməsi də kiçik deyil.

4. Məclis gülüşə qərq olanda hər kəs ən çox bəyəndiyi insana baxır.

5. İnsanlara adıyla müraciət etmək onları özünüzə daha da yaxınlaşdırmaqdır. 

6. İnsanların 80 faizi həyat yoldaşları ilə 16 yaşında rastlaşır.

7. Fantom vibrasiyalar sindromundan əziyyət çəkənlər var. Çox insan telefonundan səs çıxmayan zamanda da elə bilir ki, mobil cihaz vibrasiya edib.

8. İnsana vurulmaq üçün 4 dəqiqə yetərlidir.

9. Əks xüsusiyyətləri olan insanlar bir-birini cəlb edir.

10. İnsan nə qədər müdrikdirsə, bir o qədər az nəsiət verir. 

11. Ürəklərimizin sevgiylə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə beyində yaşanan kimyəvi reaksiyadır.

12. İnsan beyni yaxşılardan daha çox pis xatirələri yadda saxlayır.

13. Problemlərdə dayanıb qalsanız, beyninizə salsanız, yeni problemlər də olacaq. 

14. İlk 5 saniyədə başqasında təəssürat yaradan cəhətləriniz: görünüş, nitq və nədən danışdığınız.

15. Diqqət cəmləməyin ən yaxşı yolu iş görərkən fikrən özünüzlə danışmaqdır.

16. Başqalarına daha çox kömək edən isnanlar daha xöşbəxt olur və yaşa dolduqca depressiyaya az düşür.

17. Sürətli yerişi olanlar daha özgüvənli və xöşbəxtdirlər. 

18. Qadın ancaq qayğısına qaldığı insanla mübahisə edir. Mübahisə azdırsa, deməli daha az maraqlanır.

19. İt sahibləri pişik saxlayan və ev heyvanları olmayanlardan daha çox gülürlər.

20. Yaxşılığınızın əvəzində nəsə gözləyirsinizsə, siz elə də yaxşı insan deyilsiniz.

21. Xəyallara dalmağı sevənlər çətin problemlərin  öhdəsindən daha yaxşı gəlirlər.

22. Eyni musiqi zövqü olanlar şüuraltı olaraq bir-birini bəyənir.

23. Özünün izlənildiyini düşünənlər özlərini daha yaxşı, mədəni aparırlar.

24. Çarpayının yanlış tərəfində oyanmaq xöşbəxtliyə təsir edir. 2011-ci ilin araşdırmalarına görə, çarpayının solunda yatanlar (ayaq tərəfdən baxdıqda) sağda mürgüləyənlərdən daha xöşbəxtdir.

25. Xöşbəxt olmaq üçün adama yanlız bir şey lazımdır – diqqəti sahib olduqlarında cəmləmək. Malik olmadıqlarının narahatlığı isə əksidir.

26. Kiminsə diqqətini cəlb etməyin ən yaxşı yolu ona fikir verməməkdir.

27. İnsanlar anlamaq üçün dinləmir. Sadəcə öz danışmaq növbələrini gözləyərək qulaq asırlar.

28. Özünü az hörmət edənlər digərlərini alçaltmağa meyillidirlər.

29. Beyni işə salmaq da kaloriləri əridir.

30. Ölüm insanların ən çox qorxduğu ikinci şeydir. Birinci uğursuzluq qorxusudur. 

31. Şokolad və şopinq narkotikdən böyük asılılıq yarada bilər.

32. IQ-sü yüksək olan qadınlara tərəf müqabili tapmaq çətindir.

33. Qadının sirri saxlaya, qoruya biləcəyi orta müddət 48 saatdır. 

34. Adam sevincdən ağlayanda göz yaşının ilk damlası sağ gözdən axır. Ağrıdan ağlayanda isə ilk yaş sol gözdən damır.

35. Neqativ hadisələri qeyd edib zibil qutusuna atmaq psixoloji hiylədir. Və bu ovqatın yaxşılaşması üçün yaraya bilər.

36. Lazımsız insanlarla ünsiyyəti kəssəniz, həyatınızda müsbətə doğru dəyişikliklər baş verəcək.

37. Qəlb qırılmasından ölmək də olar. Buna qırıq qəlb sindromu deyirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO