Vətəndaşlarımızın Avropaya getməsinə niyə əngəl YARADILIR? – Rəsmi CAVAB

Vətəndaşlarımızın Avropaya getməsinə niyə əngəl YARADILIR? – Rəsmi CAVAB

Hazırda oxunan: Vətəndaşlarımızın Avropaya getməsinə niyə əngəl YARADILIR? – Rəsmi CAVAB

51194

Azərbaycanın vaksin sertifikatı Avropa Birliyində elektron sistem tərəfindən tanınmır. Bu məsələ də kifayət qədər problemlərə yol açır. Azərbaycandan Avropa ölkələrinə səfər etmiş vətəndaşlarımız qapalı məkanlara girərkən qadağalarla rastlaşırlar. Hətta "Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımız da belə məkanlara buraxılmırlar.  

Həmin problemlə yaxında İtaliyada səfərdə olan millət vəkili Vüqar Bayramov da üzləşib:

“Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın bizim vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sistemin inteqrasiyasına ehtiyac var”.

Deputat qeyd edib ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur:

"Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukraniya elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim peyvənd sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirilib ki, COVID-19 xəstəliyinə qarşı təqdim edilən sertifikatların digər ölkələrin məlumat bazasına inteqrasiyası ilə bağlı işlər Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Onun bizə aidiyyatı yoxdur. Səhiyyə nazirliyindən isə məsələ ilə bağlı cavab almaq qısa vaxtda mümkün olmadı. Məsələni gündəmdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO