“Azərbaycan da artıq sərt qış olmur, son illərdə bu fəsil çox mülayim keçir. Çünki Azərbaycanın təbii iqlim şəraiti dəyişib. Fikir verirsinizsə, hazırda dekabr ayıdır və havalar mülayim keçir. Ancaq bunun əksinə sentyabr və oktyabr ayları daha soyuq, yağış və küləkli olmuşdu. Üzümüzə gələn yanvar ayı isə fevral ayına nisbətən isti olacaq, havalar mülayim keçəcək”.
Bu barədə Bizim.Media-ya ekoloq Rauf Sultanov danışıb.
MÖVZU İLƏ BAĞLI:
Soyuq havalarda ölməkdən qorxan adamların QIŞ DEPRESSİYASI – Çarə soyuq havadır
Mütəxəssis bildirib ki, baş verən bütün proseslər qanuna uyğundur, heç bir təbii pozuntu yoxdur.
Həm də Azərbaycanda hava şəraiti daima mütəxəssilər tərəfindən öyrənilir və mütəmadi olaraq tədqiqatlar aparılır:
“Proseslər daima nəzarət altındadır, hər bir xırda detal mütəxəssislər tərəfindən araşdırılır, səbəbləri aydınlaşdırılır. Baxın 50 il ərzində dünya texnologiya baxımından necə inkişaf edib, hansı innovatiyalar, kəşflər var. İqlim şəraitidə buna bənzər bir prosesdir, o da zaman keçdikcə dəyişilir və bu cür hadisələrlə müşahidə olunur”.
Sonda mütəxəssis bildirib ki, 2021-2022-ci ildə müşahidə olunan qış həm sərt, həm də mülayim üzünü göstərəcək.
“Məsələn 4-5 gündən sonra daha sərt hava hökm sürəcək. Dağlara qar yağacaq, havalar soyuyacaq. 50 il bundan əvvəl Azərbaycana bol qar yağırdı. Hətta qardan səhərlər evlərin qapısı açılmırdı, qar bütün evləri ağuşuna alırdı. Bundan başqa qış 5 ay davam edirdi. Hazırda isə bu müddət çox qısalıb. Hətta 3 ay qış ayını hesablasaq, cəmi 1 ayı qış fəslinə bənzəyir. Lakin bu narahat olacaq bir durum deyil, sadəcə, iqlim şəraiti dəyişilib, vəssəlam”.
Vüsalə Balayeva, Bizim.Media