Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yığmaq məqsədi ilə işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri – Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 17.12.2021
Azad edilmiş ərazilərə metal qalıqları yığmağa gedənlər tutuldu - FOTO
Hazırda oxunan: Azad edilmiş ərazilərə metal qalıqları yığmağa gedənlər tutuldu - FOTO
Hazırda oxunan: Azad edilmiş ərazilərə metal qalıqları yığmağa gedənlər tutuldu - FOTO
0:00
0:00
51111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.