Kürdəmirdə 3 il əvvəl törədilən cinayətin üstü açıldı – Qətlin təfərrüatı 

Kürdəmirdə 3 il əvvəl törədilən cinayətin üstü açıldı – Qətlin təfərrüatı 

Hazırda oxunan: Kürdəmirdə 3 il əvvəl törədilən cinayətin üstü açıldı – Qətlin təfərrüatı 

51089

Kürdəmir rayonunda 3 il əvvəl törədilən qətlin üstü açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq başa çatıb.

İstintaqla müəyyən edilib ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyyəsinə yumruqla güclü zərbə vurub.

Daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyyəsi istiqamətində ardıcıl zərbələr endirib, öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora, əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala atıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilərkən üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilib və aşkar edilən sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilib.

Eyni zamanda, su kanalından aşkar edilərək götürülən bıçaq müvafiq ekspertizaya təqdim olunub və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilib.

Toplanan kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO