Prokurorluqdan partiya üzvünün faciəvi ölümü ilə bağlı AÇIQLAMA

Prokurorluqdan partiya üzvünün faciəvi ölümü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Prokurorluqdan partiya üzvünün faciəvi ölümü ilə bağlı AÇIQLAMA

51082

Bakıda 28 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya Səbail Rayon Prokurorluğundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gənc oğlan faciəvi şəkildə öldü


Bildirilib ki, dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən “İndigo” MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, X.Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunan formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, X.Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının üzvi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO