Vəkil BŞİH-in sabiq Aparat rəhbərinə bəraət istədi

Vəkil BŞİH-in sabiq Aparat rəhbərinə bəraət istədi

Hazırda oxunan: Vəkil BŞİH-in sabiq Aparat rəhbərinə bəraət istədi

51015

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ədalət Mövlayev çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Hacıbala Abutalıbov məni arxayın elədi" - Tamella İbrahimova


Vəkil R.Quliyevin barəsində irəlin sürülən Cinayət Məcəlləsinin 308.2-ci (Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə razılaşmadığını bildirib. O, müvəkkili barəsində bəraət hökümün çıxarılmasını istəyib.

Məhkəmə növbəti iclası dekabrın 20-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, R.Quliyevə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO