“Azəriqaz”dan limitlə bağlı əhaliyə MÜRACİƏT – “Sayğaclarınızı çəkib “votsap”la bizə göndərin”

“Azəriqaz”dan limitlə bağlı əhaliyə MÜRACİƏT – “Sayğaclarınızı çəkib “votsap”la bizə göndərin”

Hazırda oxunan: “Azəriqaz”dan limitlə bağlı əhaliyə MÜRACİƏT – “Sayğaclarınızı çəkib “votsap”la bizə göndərin”

50987

İlin sonu yaxınlaşdıqca ictimaiyyətdə və sosial şəbəkələrdə qazdan istifadə üzrə ayrılmış limitin sıfırlanma məsələsinə diqqət artır.

Məlumat üçün bildirək ki, bu ilin iyulun 1-dən təbii qazın istehlak qiyməti artıb. Güzəştli istifadə tətbiq edilən qaz limiti isə azaldılıb.

Tarif Şurasının qərarı ilə qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq edilir. İndiyə kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi. Artıq həmin limit 1200 kubmetrə endirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qaz xətlərinə qeyri-qanuni qoşulma aşkarlandı


İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyir. 

Dekabrın 31-də artıq 1200 və 2500 kubmetri keçən abonentlərin limiti sıfırlanmalıdır. Amma hər il mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəriciləri növbəti ilin yanvar ayının 8- 15-dək götürülür. Prosesin bu il də təkrarlanacağı istisna olunmur. Çünki “Azəriqaz”-ın qaz sayğaclarının sıfırlanması prosesinin ilin sonunda aparılması üçün mexanizmi yoxdur. 

Bizim.Media-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, dekabrın 31-dən etibarən sözügedən sayğacların sıfırlanmasına başlanılır və proses ən qısa zamanda tamamlanacaq:

“Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. 200 nəfər əməkdaşla bu sayğacların oxunması mümkün deyil.

Ona görə də dekabrın 31-dən etibarən abonentlər 077 3104104 “votsap” nömrəsinə sayğacın üz qabığını çəkib atmalıdır. Bayram günləri də bizim əməkdaşlarımız iş başındadır və çalışacağıq ki, bu prosesi ən qısa zamanda həll edək”. 

Qurum rəsmisinin sözlərinə görə mexaniki də daxil olmaqla bütün sayğaclara cihazlar quraşdırılacaq və onun köməyi ilə limitin sıfırlanması asanlaşacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO