Xəbər verildiyi kimi Hesablama Palatası Mərkəzi Seçki Komissiyasında (MSK) yoxlamalar aparıb. Audit yoxlamalarının nəticəsi prosedura uyğun olaraq Milli Məclisə təqdim olunacaq.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Bizim.Media-ya açıqlamasında palatanın MSK-nın son illərdəki maliyyə-təsərrüfat fəaliyyətini araşdırdığını bildirib:
“Hesablama Palatasının hüququ olaraq bu yoxlama mütəmadi aparılır. Nə vaxt yoxlamanın nəticələrini qiymətləndirib açıqlayacaqlarsa, bizim də xəbərimiz olacaq”.
MÖVZU İLƏ BAĞLI:
Hesablama Palatası MSK-da yoxlamalar aparır
Hesablama Palatasından isə bildirilib ki, yaxın vaxtlarda yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, yoxlamanın əhatə etdiyi dövrə 2020-ci il parlament seçkiləri də təsadüf edir. Seçki prosesləri zamanı MSK-nın fəaliyyəti təbii ki, daha dinamik və vəsait xərclənmələri ilə zəngin olur.
Alçina Amilqızı, Bizim.Media