Hər il olduğu kimi Yeni il bayramı ərəfəsində bazarlarda “hinduşka” (hind toyuğu – red.) ətinin qiymətində xeyli bahalaşma baş verib. Bu il isə bu quş ətinin qiyməti özünün rekord həddinə çatıb. Azərbaycanlıların mövsümi olaraq hind toyuğu ətinə üstünlük verməsi təbii ki, qiymət artımına təsir edən amillərdəndir.
Təxminən 4 ay - dekabr, yanvar, fevral və mart aylarında bu qida intensiv şəkildə istehlak olunur.
Baxmayaraq ki, xristian alamində Milad bayramında hind toyuqlarını şükranlıq məqsədi ilə “əfv olunması” ənənəsi var, Azərbaycan adamı 4 ay boyunca bu quş növündən gen-boluna istifadə edir. Amma bu da artan qiymətlərə haqq qazandırmır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək – 3 ünvanda
Bizim.Media xəbər verir ki, keçən illə nisbətdə hinduşkanın tam-tamına 50% bahalaşdığı göz qabağındadır. Məsələn keçən il 1 kilo hind toyuğu ətinin qiyməti 9-13 manat aralığına dövr edirdi. Bu il isə mövsümün elə ilk günlərindən 14-16 manat civarındadır. Satıcılar tam bayram ərəfəsində 1 kiloqram hind toyuğu ətinin 20 manata qədər qalxacağını deyirlər.
Bəs, bazarda qiymətlər niyə bahalaşır?
Bəzi insanlar bunu qış aylarında “hinduşka”, qaz ətlərinin mövsümü olması ilə əlaqələndirirlər. Qeyd edək ki, hinduşka əti əsasən İsmayıllı, Beyləqan, Saatlı və İmişli, Bərdə, Ağcabədi rayonlarından gətirilərək bazarlara çıxarılır. Quş ətinin baha olmasına digər səbəb kimi “hinduşka” saxlayanların az olması, eləcə də yemin baha olması göstərilir.
Fermerlər onu da qeyd edir ki, 21-ci il “hihduşka ili” olmayıb, yəni bu il artım əvvəlki illərə nisbətdə daha aşağı olub. Demək olar ki, bazarlarda da defisiti bu fakt yaradıb.
Quzudan baha “hinduşka” əti...
Qiymətlərin baha olması, təbii olaraq alıcıların da narazılığına səbəb olub. Hazırda bu quş ətinin alveri ilə məşğul olan insanlar hinduşka ətinin kilosunu 14-16 manatdan təklif edirlər. Satıcıların sözlərinə görə, bahalaşma qarşıdakı günlərdə də davam edəcək. Amma bazardan-bazara da qiymətlərdə fərq var. Bir yerdə hinduşkanın kiloqramını 13-15 manata, digər yerdə isə 16-18 manata təklif edirlər.
Bakının kənar hissələrində qiymətlər bir qədər ucuz olsa da mərkəzdəki bazarlarda hind toyuğu ən bahalı məhsul kimi satılır. Təxminən 5 kiloqramlıq hind quşunun qiyməti bir quzunun qiyməti ilə eynidir.
Bazar əhli qeyd edir ki, bahalaşma hələ davam edəcək. Yeni il qabağı bu təamın qiyməti 20 manata qədər yüksələ bilər.
Hind toyuğunun ətinin qış mövsümü üçün çox faydalı olması da bazarı şərtləndirən səbəblərdəndir. Çünki, yeganə ət hind toyuğunun ətidir ki, xolestrol 0%-dir. Həzm üçün çox faydalı və menaeralla zəngindir. Yeyimcil əhali kimi də azərbaycanlılar onun kababını çox sevirlər.
Vüsalə Balayeva, Bizim.Media