Rusiyadan Bakıya yeni aviareys açılır - Bu tarixdə ilk uçuş olacaq

Rusiyadan Bakıya yeni aviareys açılır - Bu tarixdə ilk uçuş olacaq

Hazırda oxunan: Rusiyadan Bakıya yeni aviareys açılır - Bu tarixdə ilk uçuş olacaq

50861

Rusiyanın Mahaçqala şəhərindən Bakıya birbaşa aviareys açılacaq.

Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, gələn il yanvarın 1-dən təşkil olunacaq aviareyslə 176 sərnişin tutumlu “Boeing 737-800” təyyarələrində icra olunacaq.

Mahaçqala hava limanından uçuş Moskva vaxtı ilə saat 16:00-da, Bakıya eniş isə yerli vaxtla saat 18:00-da, həmçinin Bakıdan uçuş yerli vaxtla saat 18:55-də, Mahaçqala hava limanına eniş isə Moskva vaxtı ilə saat 19:00-da olacaq.

Sərnişinlər uçuşa ən geci 72 saat qalmış PCR testinin mənfi nəticəsi olan çap edilmiş tibbi arayışı və peyvənd sertifikatını (QR kod) təqdim etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO