Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, yoxlamalar zamanı bir neçə “BMW” və “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib.
Belə ki, həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib.
Həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Məqsəd Rəhimov, Bizim.Media
![Gəncədə Gəncədə](https://bizim.media/file/articles/2021/12/15/1639582059_1-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:25 / 15.12.2021
Gəncədə "avtoşlara" qarşı reyd - Səs siqnalları, görünməyən şüşələr...
Hazırda oxunan: Gəncədə "avtoşlara" qarşı reyd - Səs siqnalları, görünməyən şüşələr...
Hazırda oxunan: Gəncədə "avtoşlara" qarşı reyd - Səs siqnalları, görünməyən şüşələr...
50856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.