Birinci sinfin "Azərbaycan dili" – “Hüsnxət”dərsliyində dil normaları və qaydaları kobud şəkildə pozulub.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı foto paylaşılıb. Dərslikdə mövzulardan birinin Azərbaycan dilinin orfoqrafiya lüğətinə istinad olunmaması ciddi tənqid edilib.
Dərslikdə “J” hərfinin öyrənilməsi ilə bağlı mövzuya uyğun foto seçilməyib. Hərfə görə yerləşdirilən fotoya Azərbaycanın orfoqrafiya lüğətinə görə “gödəkcə” şəkli yerləşdirilsə də, bu ifadə birincilərə rus dilində, yəni “jilet” olaraq tədris olunur.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında deyib ki, sözügedən dərsliyi özəl qurum çap edib.
Maraqlıdır, bəs dərsliyin çapa getməsini kim təsdiq edir? Dərsliklərin hazırlanması üçün seçilən mütəxəssislər, onlara ayrılan vəsaitlər kim tərəfindən ödənilir?
Özəl qurum sadəcə çapın keyfiyyətinə cavabdehlik daşıya bilər, məzmuna isə yəqin ki, kimsə baxmalıdır.
Bütün bu suallar da göstərir ki, mövcud tədris proqramlarında Azərbaycan dilinin normalarının kobud şəkildə pozulması aktual problemlərdəndir. Dərsliklərlə bağlı ciddi təkmilləşdirmə işlərinə ehtiyac var.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 16.12.2021
Birinci sinif dərsliyində BİABIRÇILIQ - FOTOFAKT
Hazırda oxunan: Birinci sinif dərsliyində BİABIRÇILIQ - FOTOFAKT
Hazırda oxunan: Birinci sinif dərsliyində BİABIRÇILIQ - FOTOFAKT
50835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.