Azərbaycanda kazinolar yenidən GÜNDƏMƏ gəlir - “Ölkənin Las-Veqasını yaratmaq lazımdır”

Azərbaycanda kazinolar yenidən GÜNDƏMƏ gəlir - “Ölkənin Las-Veqasını yaratmaq lazımdır”

Hazırda oxunan: Azərbaycanda kazinolar yenidən GÜNDƏMƏ gəlir - “Ölkənin Las-Veqasını yaratmaq lazımdır”

50793

Dünyada turizm sektorunun işləkliyini şərtləndirən faktorlardan biri də kazinolardır. Azərbaycanda da son illər turizmin canlandırılması üçün müxtəlif yollar axtarılır. Ötən gün Milli Məclisdə müzakirə olunan “Turizm haqqında” qanun layihəsi də bunu deməyə əsas verir. Millət vəkilləri tərəfindən səsləndirilən fikir və mülahizələr də cəmiyyət tərəfindən çox maraqla qarşılanıb.

Bu gün Azərbaycan regionda turizm potensialı yüksək olan ölkələrdən biri sayılır. Lakin statistikalar göstərir ki, Cənubi Qafqazda bu sahədə qabaqcıl olan ölkə qonşu Gürcüstandır.

Turistləri Gürcüstana ən çox cəlb edən faktor isə orada olan kazinolardır.
 

MÖVZU İLƏ BAĞLI:

"Qumarı reklam edən saytların fəaliyyəti dayandırılmalıdır" - VƏKİL


Dünya təcrübəsi də göstərir ki, turistlərin əsas axışdığı ölkələr kazinoların çox olduğu ərazilərdir. Bu zaman həm ölkəyə turist axını, həm də investisiya qoyuluşunda kazinoların fəaliyyəti əlverişli və əsas prioritetdir.  

Bir zamanlar belə layihələrin icrası Azərbaycanda da aktual olub. Kazinoların Xəzər dənizində bir neçə adada tikilməsi təklif olunurdu. Lakin sonrada bu layihə reallaşdırılmadan da gündəmdən itdi.

Bəs, hazırda turizmin inkişafı üçün ölkədə kazinoların fəaliyyətinə yenidən baxıla bilərmi? 

Millət vəkili Razi Nurullayevin fikrincə, bu istiqamətdə aparılan işlər ölkəyə turist axınını artıra bilər. Onun sözlərinə görə, kazinolar müəyyən çərçivələrdə fəaliyyət göstərə bilər.

“Ümumiyyətlə, Bakı şəhərinə kazinoların açılmasını birmənalı olaraq məqbul saymıram. Lakin Azərbaycanın regionlarından birinin məhz bu istiqamətə ayrılması yaxşı olardı. Bu həm regionun inkişafına, sərmayənin yatırılmasında yaxşı istiqamət ola bilər. Çünki dünyanın hər yerində əsasən oyun aparatlarının həvəskarları var.

Həmin o kəslər də müxtəlif ölkələrdə milyonlarla vəsait xərcləyirlər. Azərbaycanda belə bir sərmayələrdən kənarda qalmasın deyə və turistləri ölkəyə cəlb etmək istəyirsə, lap bunu gedib Kürdəmirdə də açsa qumar oynamaq istəyən turist və ya yerli sakin burdan avtomobilinə minib ora gedəcək. Mən təklif edirəm ki, turistlərin rahat hərəkəti üçün belə bir şəhərcik hava limanı olan ərazidə olsa daha əlverişli olar. Ora da olar Azərbaycanın Las-Vegası”.

Millət vəkili bu sahə ilə bağlı araşdırma apardığını da bildirib. O, qeyd edib ki, Gürcüstan, Çin, Cənubi Koreya, ABŞ və bəzi ölkələrdə kazino üçün xüsusi şəhərlər ayrılıb.

“Azərbaycanda da bu həyata keçirilsə, inanıram ki, turizmin inkişafında böyük rol oynayar.  Azərbaycan turizm agentliyi bu səmtdə dünya təcrübəsini öyrənməlidir. Onsuzda Azərbaycanda elə insanlar var ki, azartını öldürmək üçün Rusiya, Gürcüstan və.s kazinolarına üz tuturlar. Beləliklə, Azərbaycanın pullarını aparıb orada xərcləyirlər. Qoy, elə bu yolla ora tökülən pullar öz ölkəmizdə qalsın”.

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya isə bildirib ki, bir çox ölkələrdə daha çox turizm cəlb etmək üçün həm “Dizney -Land” əyləncə, həm də oyun mərkəzlərinin açılması praktikası var. 

“Bəzi ölkələrdə kazinoların bəlli bölgələrdə inşa edilməsinə icazə verirlib. Məsələn ABŞ-da ancaq Nivada və Atlantik sitidə bu var. Hətta Alyaskada məskunlaşma az olduğu üçün turizm potensialını inkişaf etdirmək üçün orada da kazino açmağa icazə verilib. Rusiyada bu 4 bölgədə fəaliyyət göstərir.
 

Yəni Azərbaycanda da bəlli bölgələrdə bunu etmək mümkündür. Gürcüstanda kazinoların açılmasına heç bir məhdudiyyət yoxdur. Orada Tiflisdə, Batumidə, Kutaisidə və digər regionlarda da mövcuddur.


Qeyd edim ki, Batuminin inkişafında məhz orada inşa edilən kazinoların rolu böyük olub. Ona görə də bu barədə Azərbaycan da düşünə bilər”. 

İqtisadçı həmçinin qeyd edib ki, Azərbaycanda bu məqsədlə yeni bir şəhər də salmaq olar. 

“Hətta işğaldan azad olunmuş regionların birində də belə yanaşma mümkündür. Bundan başqa daha çox turist cəlb etmək üçün orada “Disney-Land” kimi uşaq əyləncə mərkəzinin də açılması mümkündür. Bu da investisiya və turistlərin ölkəyə cəlb olunmasında mühüm rol oynaya bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO