Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq.
Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
MÖVZU İLƏ BAĞLI:
“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışı oldu
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Yarmarka karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası bu ünvanlarda keçiriləcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
Bizim.Media