Məktəblərdə valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək

Məktəblərdə valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək

Hazırda oxunan: Məktəblərdə valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək

0:00
0:00
50776

"Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub".

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: "Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".

M.Vəliyeva bildirib ki, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir:

Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir".

Qeyd edək ki, son günlərdə sosial şəbəkədə VMA tərəfindən pul yığılması məsələsi müzakirə olunur.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO