Azərbaycanda \

Azərbaycanda \"Instagram\" istifadəçilərinin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda \"Instagram\" istifadəçilərinin sayı açıqlandı

50758

Bu ilin noyabr ayında Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.

Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki,  dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708 400 nəfər artıb.
 

İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588 600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411 400 nəfərlə liderlik edir.


Qeyd edək ki, hazırda dünya üzrə aktiv "Instagram" istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO