Azərbaycanın 2 rayonunda meşələr bərpa olunub – BMT rəsmisi 

Azərbaycanın 2 rayonunda meşələr bərpa olunub – BMT rəsmisi 

Hazırda oxunan: Azərbaycanın 2 rayonunda meşələr bərpa olunub – BMT rəsmisi 

0:00
0:00
50743

"Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi" layihəsinin yekun seminarı baş tutub.

Bizim.Media xəbər verir ki, seminarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda İQTİSADİ ZİYANIN MƏBLƏĞİ... – BMT ilə Dünya Bankının hesablamaları


Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan meşələrində davamlı idarəetmə sistemini təmin etmək, həmçinin meşələrin ekoloji və iqtisadi faydalarını artırmaqdır:

"4 il ərzində meşəçilik üzrə bir sıra işlər həyata keçirilib. Ağdaş və Zərdabda yüzlərlə hektar meşə ərazisi bərpa edilib. Azərbaycan meşə örtüyü az olan ölkələr sırasına daxildir. Dövlət Meşə Fondunun ümumi meşə sahəsi 1, 213, 700 hektardır. Bundan 1, 036, 270 ha sahəsi meşə ilə örtülü olmaqla ölkə ərazisinin 12 faizini təşkil edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO