Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə üzrə eksternat imtahanlarına onlayn sənəd qəbulu dekabrın 15-i (saat 12:00) başa çatır.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
MÖVZU İLƏ BAĞLI:
DİM qeydiyyat elan etdi
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə aralıq imtahanlarında uğur qazandıqdan sonra buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Bizim.Media