Bizim.Media su hövzələrinə ABŞ təcrübəsini təklif etdi - Baş hidroloqun CAVABI nə oldu? - VİDEO 

Bizim.Media su hövzələrinə ABŞ təcrübəsini təklif etdi - Baş hidroloqun CAVABI nə oldu? - VİDEO 

Hazırda oxunan: Bizim.Media su hövzələrinə ABŞ təcrübəsini təklif etdi - Baş hidroloqun CAVABI nə oldu? - VİDEO 

50630

Dünyada su probleminin miqyası getdikcə daha da böyüməkdədir. Xüsusilə də, şirin su ehtiyatları ilə səmərəsiz və israfçı istifadə bu məsələnin günbəgün daha da aktuallaşmasına səbəb olub. Artıq dövlət başçıları və beynəlxalq təşkilatlar səviyyəsində ekoloji problemin bu növü tez-tez müzakirəyə çıxarılmaqdadır.

Ölkəmizdə də su problem son illərdə tez-tez müşahidə olunmaqdadır. Ələxsus da, yay aylarında Aran rayonlarında suvarma suyu ilə yanaşı içməli su qıtlığı da nəzərə çarpır. 
 

MÖVZU İLƏ BAĞLI:

MARAQLI TƏCRÜBƏ: 300 milyon dollarlıq su buxarlanmasının qarşısı necə alındı? – VİDEO  


Bu problemin ortaya çıxmasının başlıca səbələrindən biri kimi qlobal istiləşmə göstərilir. Belə ki, su ehtiyacını qarşılamaq üçün yaradılan süni su hövzələrində buxarlanmanın yüksək olması böyük həcmdə suyun istifadə olunmadan israf olunmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün dünya təcrübəsində müxtəlif metodlara baş vurulur.

Belə üsullardan biri də ABŞ-ın Los-Anceles şəhərini içməli su ilə təmin edən Virgenes su anbarında buxarlanmanın qarşısını almaq üçün su anbarına 96 milyon top buxaxılıb. Bununla da, su hövzəsinin səthi tamamilə örtülüb və günəş şüalarının birbaşa təmasının qarşısı alınıb.

Bəs, ölkəmizdə su anbarlarında buxarlanmanın qarşısını almaq üçün hər hansı tədbirlər görülürmü?

Bu sualı Bizim.Media üçün cavablandıran Milli Hidrometerologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Azərbaycanda sözügedən istiqamətdə hər hansı təcrübəyə baş vurulmadığını bildirib:

“Buxarlanmanın qarşısının alınması üçün Azərbaycan praktikasında hər hansı tədbirə baş vurulmayıb. Gələcəkdə dünya təcrübəsində istifadə olunan metodlara baş vurula bilər. Müxtəlif ölkələrdə bu məqsədlə fərqli metodlara əl atılır. Lakin bizdə elə bir yanaşma yoxdur, hələ ki”.

Hidroloqun fikrincə, hər hansı metoddan istifadə etməzdən əvvəl, onun iqtisadi cəhətdən nə qədər faydalı olacağı araşdırılmalıdır:

“Dünya praktikasında tətbiq olunan metodların Azərbaycanda da həyata keçirilməsi üçün ilk növbədə layihənin iqtisadi cəhətdən əsaslandırılması vacibdir. Tədbirin bizim üçün nə qədər əhəmiyyətli olacağını müəyyənləşdirmək lazımdır. Yəni, hər hansı tədbirin görülməsinə müəyyən maliyyə vəsiti xərclənəcək. Araşdırmaq lazımdır ki, görülən tədbir nəticəsində əldə olunan qazanc, çəkilən xərcləri üstələyəcəkmi?”

Asif Verdiyev Virgenes su anbarında müraciət edilən metodun Azərbaycanda tətbiqi ilə bağlı da fikirlərini bölüşüb:

“Əgər Mingəçevir su anbarı üzərindən fikir yürütsək, həmin hövzənin sahəsi həddindən artıq böyükdür. Əgər Mingəçevirdə Amerika təcrübəsindən istifadə olunarsa, bu iqtisadi cəhətdən nə qədər faydalı olacaq? Bu suala yalnız müzakirələrdən sonra cavab tapmaq mümkündür”.

Oxucularımızın tanışlığı üçün isə ABŞ-ın Los-Anceles su hövzəsi olan Virgenes su anbarında tətbiq edilən təcrübəni bir daha təqdim edirik:

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO