Dövlət Gömrük Komitəsindən deputatlara CAVAB: “Səfər Mehdiyevin dedikləri fərqli məcralara yönləndirilib”

Dövlət Gömrük Komitəsindən deputatlara CAVAB: “Səfər Mehdiyevin dedikləri fərqli məcralara yönləndirilib”

Hazırda oxunan: Dövlət Gömrük Komitəsindən deputatlara CAVAB: “Səfər Mehdiyevin dedikləri fərqli məcralara yönləndirilib”

50628

Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirləri sosial şəbəkə istifadəçiləri kontekstdən çıxarmaqda, yanlış şərhlərlə fərqli məcralara yönləndirməkdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

MÖVZU İLƏ BAĞLI:

Eynulla Fətullayevdən spikerə CAVAB: “Səfər Mehdiyevin audioyazısını təqdim edə bilərəm”

Parlament sədri: “Səfər Mehdiyev mənə zəng vurub…”

Məlumatda həmçinin deyilir ki, bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar, "sosial şəbəkə qəhramanları" reytinq xatirinə Milli Məclisin bütün üzvlərini hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirərək manipulyasiya edirlər.

Belə ki, açıqlamada Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilmiş dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır. 

Aradan keçən müddətdə cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. 

Komitə daima deputatların gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir.
Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və bəzi deputatları fırıldaqçı adlandırmadığını deyib və fikirlərinin “təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.

Səfər Mehdiyevdən müsahibə alan jurnalist Eynulla Fətullayev isə virtualaz.org saytına açıqlamasında Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab verib və “Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram” sözlərini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO