83 yaşlı qadını balta ilə hədələdi - 9 il 6 ay həbs cəzası aldı

83 yaşlı qadını balta ilə hədələdi - 9 il 6 ay həbs cəzası aldı

Hazırda oxunan: 83 yaşlı qadını balta ilə hədələdi - 9 il 6 ay həbs cəzası aldı

50625

Gəncə Ağır Cinayətlər Məhkəməndə quldurluq etməkdə təqsirləndirilən Şirzad Heydərovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 13-ü saat 23 radələrində Ağstafa rayonunun Aşağı Göycəli kəndində qeydə alınıb.

İttihama görə, kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Heydərov maska ilə qonşusu, 83 yaşlı Cəmilə Əliyevanın yaşadığı evə girib, onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alıb, sonra otağın döşəməsini yandırıb ərazidən uzaqlaşıb.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, müəyyən edilərək saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO