Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO/VİDEO

Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO/VİDEO

Hazırda oxunan: Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO/VİDEO

50610

Qubanın Amsarqışlaq kəndində Vətən Müharibəsi şəhidi Ömər Mustafayevin xatirəsi əbədiləşdirilib.

Bizim.Media xəbər verir ki, bu gün şəhidin doğma kəndində adına salınmış parkın açılışı olub.

Açılış mərasimində şəhid valideynləri, ictimaiyyət nümayəndələri, qazilər, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, məktəblilər iştirak edib.

Çıxışlarda Vətən Müharibəsi zamanı Xocavənddə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər Ömər Mustafayevin cəbhədə göstərdiyi igidliklərdən ətraflı danışılıb.

Quba İH başçısı Ziyəddin Əliyev çıxışında belə bir qorxmaz övlad böyütdükləri üçün valideynlərinə təşəkkür edib. Bildirib ki, rayonda şəhid ailələrinin problem və qayğılarının həlli, adlarının əbədiləşdirilməsi  başlıca  məsələlərdən biridir.

Rayon rəhbəri bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib.

Şəhid Ömərin valideynləri Əbdül və Şəlalə Mustafayevlər oğullarının adına salınmış parkın inşasında əməyi olan hər kəsə  razılıqlarını bildiriblər.

Amsarqışlaq kəndində parkla yanaşı şəhid Ömər Mustafayevin ata evinin yerləşdiyi küçəyə də adı verilib. Yeni parkda sakinlərin istirahəti üçün normal şərait yaradılıb.

Aytəkin Alxaslı, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO