"Azərişıq” ASC-nin əməkdaşı bıçaqlandı - Sumqayıt şəhər prokurorluğundan açıqlama

Hazırda oxunan: "Azərişıq” ASC-nin əməkdaşı bıçaqlandı - Sumqayıt şəhər prokurorluğundan açıqlama

50592

Dekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO