Dekabrın 21-də evlənməyə hazırlaşan Ağ Partiyanın başqanı Tural Abbaslı həm də deputat olmaq istəyir.
MSK sədri Məzahir Pənahovun parlamentdə boş qalmış yerlərə seçkilərin keçirələcəyi ilə bağlı mətbuata verdiyi açıqlamadan sonra siyasi hərəkətlənmə də artıb. Ağ Partiyanın sədri Tural Abbaslı da Bizim.Media-ya bu fürsətdən istifadə edəcəyini deyib:
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı toyunun vaxtını təyin etdi - ÖZƏL
“Mən partiya rəhbəri olaraq, ilk əvvəl öz namizədliyimi keçiriləcək seçkilərdə irəli sürəcəyəm, çünki bunu etməsəm digərlərindən bunu necə istəyə bilərəm?”
Partiya rəhbəri bildirib ki, əslində 2 ilə yaxındır ki, parlamentdə boş qalan beş yer kifayət qədər ciddi qüsurdur:
“Onsuz Azərbayacanın əhali sayına görə 125 deputatın parlamentdə təmsil olunması üçün azdır. Nəzərə alsaq ki, hazırda da Milli Məclis 119 millət vəkili ilə fəaliyyət göstərir. Bu da Azərbaycan Konstitusiyasına ziddir və onu pozur. Çünki orada Azərbaycan parlamenti üçün 125 nəfər deputatın fəaliyyəti nəzərdə tutulur. Ortalama 40-50 min seçiciyə cəmi 1 deputat düşür”.
Biz Ağ partiya rəhbəri deyir ki, onlar Azərbaycanda keçirilən bütün seçkilrədə iştirak etmək fikrindədirlər.
“Bu barədə elə ilk qurultayımızda da elan etmişik. Biz Ağ partiya olaraq boş qalan bütün dairələr üzrə namizədliyimizi irəli sürüb, mübarizəmizi sona qədər davam etdirəcəyik”.
Vüsalə Balayeva, Bizim.Media