Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir.
IDEA İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər.
Bununla yanaşı, səfər zamanı gənclərin iştirakı ilə “Qarabağı qoru” şuarı altında kütləvi ağacəkmə aksiyası keçirilib.
Məlum olduğu kimi, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub.
Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub. Hazırda işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır.
Bu tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən Sözügedən ekoloji qiymətləndirmə layihəsinə start verilib.
Şuşa ilə yanaşı, layihə çərçivəsində gənclər həmçinin Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına səfər ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:22 / 14.12.2021
Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada ağacəkmə aksiyası keçirildi – FOTO
Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada ağacəkmə aksiyası keçirildi – FOTO
Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada ağacəkmə aksiyası keçirildi – FOTO
50559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.