“Qoca” ləqəbli avtoritetin cinayət ortağına 18 il həbs cəzası verildi

“Qoca” ləqəbli avtoritetin cinayət ortağına 18 il həbs cəzası verildi

Hazırda oxunan: “Qoca” ləqəbli avtoritetin cinayət ortağına 18 il həbs cəzası verildi

0:00
0:00
50556

Lənkəran Ağır Cinayətlər Məhkəməndə Şirvanda 6 il əvvəl qətl törətməkdə təqsirləndirilən Kavus Kakavanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu ilin may ayında ölkəmizə ekstradisiya edilib.

Məlumata görə, Şirvan Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən K.Kakavanın - ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan vətəndaşlarından ibarət tərkibdə yaradılan cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalayev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

K.Kakavan barəsində beynəlxalq axtarış elan edilmişdi.

Qeyd edək ki, qətlə yetirilən E.Naciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Z.Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədovun yaxın adamı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO