Bu gün Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkil etdiyi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub.
Bizim.Media xəbər verir ki, “Nargis” Fondunun və jurnalının fəaliyyətə başlamasının 9-cu ilinə təsadüf edən builki yarmarkanın açılış mərasimi əyləncəli musiqili paradla başlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Soyuq əllər, isti ürəklər” yenidən həmin məkanda – FOTO/VİDEO
Əvvəlcə “Nargis” Fondunun rəhbərliyi və qonaqlar yarmarkanın ərazisində quraşdırılmış satış evləri ilə tanış olublar. Daha sonra tədbir şou-proqramla davam edib.
Qeyd edək ki, 71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək.
Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.
Bizim.Media