Xaçmazda özünü asan qızın anası DANIŞDI – “Pul istədi, verə bilmədim”

Xaçmazda özünü asan qızın anası DANIŞDI – “Pul istədi, verə bilmədim”

Hazırda oxunan: Xaçmazda özünü asan qızın anası DANIŞDI – “Pul istədi, verə bilmədim”

0:00
0:00
50452

Xaçmazın Xanoba kəndində gecə saatlarında özünü asan 15 yaşlı qızla bağlı yeni məlumatlar üzə çıxıb.

Həyat yoldaşından ayrıldıqdan sonra 2 qızı ilə birgə yaşayan anası Səriyyə Əliyeva Bizim.Media-ya açıqlamasında qızının intiharı barədə danışıb.

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda 15 yaşlı qız geyim əşyalarına görə özünü asdı


O qızının intihara cəhd etməzdən bir neçə dəqiqə əvvəl ondan pul istədiyini açıqlayıb:

“Uşaq məndən pul ustədi, verə bilmədim, dedim əlimdəki 41 manatı mağazaya qaytarım, maaş alanda sənə verərəm. Pul istəyəndən sonra paltosunu geyinib çölə çıxdı. 5-10 dəqiqədən gördük ki, uşaq qalın iplə özünü asıb. Tez ipi kəsdik. Qızımı taksi ilə Xudat xəstəxanasına, oradan da təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon xəstəxanasına gətirdik".

Səriyyə Əliyeva deyir ki, indi qızı reanimasiya şöbəsindədir, hələ ayılmayıb:

“Həkimlər qızımın özünə gəlməsi üçün tədbirlər görürlər. O son günlər özünü qəribə aparırdı, hadisədən bir neçə saat əvvəl telefonunda qəmli statuslar paylaşıb, ruhlardan mahnı qoyub. Mən ondan bir az şübhələnmişdim, bilmirəm niyə belə etdi. Mən onlara pis baxmamışam. Ayılsın. Orqanlar da aydınlaşdırarlar”.

Ananın sözlərinə görə, qızı Xanoba kəndində orta məktəb olmadığından 10-cu sinfi bir neçə ay atasının yanında - Xudatda oxuyub. Sonra atasının yanında oxumaq istəməyərək onun yanına qayıdıb.

Faktı Xaçmaz rayon prokurorluğu araşdırır. Araşdırma nəticəsində 15 yaşlı qızın həqiqətən anasının ona pul vermədiyinə görə və ya hansı səbəbdən intihar etməsinə tam aydınlıq gətiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO