Cəmiyyətin formalaşmasında qadınların rolu böyükdür. Müasir günümüzdə iş mühitində uğurlu olan qadınlarımızın da sayı az deyil. Lakin statistikaya baxsaq, qadınlar kişilərə nisbətdə daha az iş prosesinə cəlb olunur.
Bəs qadınların iş həyatına atılmasında hansı çətinliklər var?
İnsan resursları üzrə mütəxəssis Sevda Nəzərova Bizim.Media-ya açıqlamasında işgüzar qadınların az olmasının və onların üzləşdikləri problemin səbəblərini diqqətə çatdırıb:
MÖVZU İLƏ BAĞLI:
BP-dəki azərbaycanlıların sayı açıqlandı
“Göstəricilərə əsasən, işgüzar xanımların sayı faiz olaraq kişilərə əsasən aşağıdır. Buna səbəb qadınların məişət problemlərinin olmasıdır. Həmçinin gənc xanımların övlad sahibi olduqdan sonra analıq məzuniyyətinə çıxmaları da iş fəaliyyətlərində ciddi fasilələrə gətirib çıxarır. Hətta bəzi xanımlar analıq məzuniyyətindən sonra iş həyatlarına da son vermiş olurlar. Bu məqam təbii ki, işəgötürənlər üçün ciddi risk amilidir. Buna görə də çox iş yerləri xanım işçiyə deyil, kişi işçilərə üstünlük verir.
Sevda Nəzərova bu problemlərin aradan qaldırılması, qadınların iş həyatına motivasiyayla davam etməsi üçün lazımi olan məsələləri də dilə gətirib:
“Nəticə etibarı ilə hesab edirəm ki, xanımlarda məsuliyyətin, verimliliyin yüksəldiməsi üçün, hamiləlik və analıq məzuniyyəti ilə bağlı imtiyazların azaldılması istiqamətində qanunvericilikdə yumşaldılma olmalıdır ki, işəgötürənlər xanımları işə götürməkdə marağlı olsunlar. Lakin, son illərə nəzər yetirsək, şahidi olarıq ki, dövlətimiz tərəfdən aparılan islahatlar nəticəsində Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır, xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirirlər”.
Səkinə Yusibli, Bizim.Media