Bu hallarda binalarda balkon ola bilməz

Bu hallarda binalarda balkon ola bilməz

Hazırda oxunan: Bu hallarda binalarda balkon ola bilməz

0:00
0:00
50417

Azərbaycanda yaşayış binalarında balkonların layihələndirilməsi üçün əlverişsiz hallar müəyyən edilir.

Bizim.Media-nın məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Normalarda qeyd olunur ki, Azərbaycan Respublikasının iqlim şəraitində yaşayış binalarında lociya və balkonların layihələndirilməsi zəruridir. Bu zaman lociya və balkonların layihələndirilməsi üçün əlverişsiz şərait və hallar nəzərə alınmalıdır.

Lociya və balkonların layihələndirilməsi üçün əlverişsiz hallar aşağıdakı kimi müəyyən edilir:

- nəqliyyat magistrallarından və ya sənaye ərazilərindən gələn səs-küyün səviyyəsi yaşayış binalarının fasadının qarşısında 75 dB və daha artıq olduqda;

- yay aylarında 15 gün və daha artıq müddətə havadakı tozun miqdarı 1,5 mq/m3 və daha artıq olduqda.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO