Qubada 17 şagird üçün yeni məktəb tikildi - FOTO

Qubada 17 şagird üçün yeni məktəb tikildi - FOTO

Hazırda oxunan: Qubada 17 şagird üçün yeni məktəb tikildi - FOTO

50401

Qubanın dağlıq ərazidə yerləşən Qrız kəndində yeni inşa edilmiş modul tipli orta məktəb bu gündən şagird və müəllimlərin istifadəsinə verilib. 

Bizim.Media xəbər verir ki, uzun müddətdir qəzalı, köhnə məktəbdə dərs keçən şagirdlər bu gün böyük həvəslə yeni, müasir məktəbdə oxumağa başlayıblar. 

MÖVZU İLƏ BAĞLI:

Qubada tikilən yeni məktəbin FOTOLARI


Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyevin açıqlamasına görə, təhsil ocağında 17 şagird və 8 müəllim var.

Rüfət Hacıyev Qrız məktəbinin yeni binasının bir qədər gec istifadəyə verilməsinə yay aylarında tikinti zamanı binanın özülü qazılarkən qədim insan qəbirlərinin tapılmasının səbəb olduğunu da xatırladıb:

"Arxeoloqlar həmin ərazidə tikinti aparılmasını məqsədəuyğun hesab etmədilər,məktəb binası kəndin başqa ərazisində tikildi. Gecikmə bu səbəbdən oldu".

Qeyd edək ki, ötən həftə Qrız kəndində şagirdlərin qəzalı binada dərs keçmələri barədə də görüntülər yayılmışdı.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO