Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı - FOTO

50308

Gəncədə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz rayon İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

MÖVZU İLƏ BAĞLI:

Ümummilli lider Heydər Əliyevin vəfatından 18 il ötür - VİDEO

Heydər Əliyevlə başlayan Şuşa sevgisinin İlham Əliyev ZİRVƏSİ - VİDEO

Hərbi Prokurorluqda Heydər Əliyevin anım mərasimi keçirildi - FOTO


Ümummilli liderin Gəncənin Heydər Əliyev Park-Kompleksində ucaldılan abidəsi də ziyarət olunub.

Səhər saatlarından başlayaraq şəhər sakinləri və kollektivlər dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Abidəni ziyarət edən tələbə-gənclər və şagirdlər daha sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər.

Burada ziyarətçilərə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Gəncə şəhərinə səfərləri, həmçinin muzeydə nümayiş olunan müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.

Ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanında və Heydər Əliyev Park-Kompleksində ucaldılan abidələri gün ərzində şəhər sakinləri tərəfindən ziyarət olunacaq.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO